Gündəm / Cəmiyyət
28 iyun 2022
38
Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Milliinfo.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasında Musa Quliyev deyib.
O qeyd edib ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.
M.Quliyev vurğulayıb ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.
Qeyd edək ki, dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.
Daha çox xəbər:
Prezidentin sərəncamı 100 min pensiyaçını əhatə edir
Gündəm / Cəmiyyət200 manatın ödənilməsi 1,1 milyon nəfərə şamil olunacaq
Gündəm / SosialAvqust ayı üzrə birdəfəlik ödəmənin hansı qaydada veriləcəyi açıqlandı
İqtisadiyyat / CəmiyyətƏmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır
Gündəm / CəmiyyətKomitə sədri dövlət büdcəsinə edilən dəyişiklikləri AÇIQLADI
Gündəm / Cəmiyyət