Gündəm / Cəmiyyət
04 iyul 2022
18
Bu gün ermənilər tərəfindən öldürülən Zəhra və nənəsinin ildönümüdür - FOTO
Bu gün qızcığaz Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən 5 il ötür.
2017-ci ilin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin həmin dövrdə işğal altında saxladığı Füzuli rayonunun Alxanlı kəndində atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülüb, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.
Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olub. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.
Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq zamanla sistematik xarakter daşıyıb və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.
BAKU.WS
Daha çox xəbər:
Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / SiyasətMN: Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 70 dəfə pozub
GündəmErmənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub
HadisəErmənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub
Gündəm / Siyasət / HadisəHikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”
Siyasət