Gündəm / Cəmiyyət
06 iyul 2022
21
"Münaqişənin bitməsi regionda yeni imkanlar yaradıb" - Komitə sədri

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının plenar iclasında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsindən sonra regionda Azərbaycanın yaratdığı yeni imkanlardan danışıb.
Öz çıxışında o, Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində xüsusi rol oynadığını, bu rolun getdikcə artdığını, Ukraynadakı müharibədən sonra Azərbaycandan keçən Orta Koridor – yük daşımalarının əhəmiyyətinin hər gün artdığını qeyd edib.
Eyni zamanda, T.Mirkişili dünyada artıq baş verən istənilən konfliktin enerji, ərzaq və yaşayış tərzində ciddi təsir etdiyini, qiymətləri artırdığına diqqət çəkərək ATƏT PA-nın üzv ölkələrini konflikt situasiyalarda hadisələri qabaqlamağa, ədalət mövqeyi qətiyyətlə nümayiş etdirməyə çağırıb.

Daha çox xəbər:

Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edildi
Gündəm / Cəmiyyət
Bəzi məcəllə və qanunlarda təkmilləşmə işləri aparılacaq
Siyasət / İqtisadiyyat / Sosial
Siyasət ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır - Deputat
Siyasət / Dünya
Millət vəkili Nigar Arpadarai ATƏT-in çağırışına münasibət bildirdi
Siyasət
DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib
Siyasət / Dünya