Gündəm / Cəmiyyət
28 iyul 2022
17
“AzInTelecom”un müştəri xidmətləri “Şəbəkə” ofisində fəaliyyət göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.
Nazirlikdən verilən məlumata görə, artıq avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.
Qeyd edək ki, “SİMA Token” məhsulunu token.sima.az saytı vasitəsilə də sifariş etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşaraq sifariş edilən tokeni əldə etmək lazımdır.
“SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək mümkündür.
Xatırladaq ki, bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.

Daha çox xəbər:

Rəşad Nəbiyev bu tarixdə Ucar sakinlərini qəbul edəcək
Gündəm / Cəmiyyət
Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI - SİYAHI
Gündəm / Cəmiyyət
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Gündəm
MTRŞ bu kabel şəbəkə yayımçılarına lisenziya verdi - SİYAHI
Gündəm / Cəmiyyət
Qubada ilk dəfə 2 yataq hərraca çıxarılır
Gündəm / İqtisadiyyat