Gündəm / Cəmiyyət
10 avqust 2022
3 706
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya texnologiyaları infrastrukturu və sistemlərinə malik olan dövlət qurumları, eləcə də özəl şirkətlər üçün yeni xidmət təklif edir.
Təqdim edilən “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti fövqəladə hallar zamanı məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyət göstərməsini təmin edir.
“DraaS” xidmətindən istifadə edən qurumlar “AzInTelecom” MMC-nin bulud hesablama mühitində öz məlumatlarının və İT infrastrukturunun ehtiyat nüsxəsini çıxarırlar. Bununla da həmin müəssisələr üçün ikinci dərəcəli məlumat mərkəzinin yaradılması və təchiz edilməsi ehtiyacı aradan qalxır. Həmçinin fövqəladə hal zamanı məlumatların qorunması sistemini yaratmaq üçün tələb olunan təcrübəyə malik olmayan kiçik və orta biznes subyektləri də “DRaaS” xidmətindən rahatlıqla faydalana bilərlər.
“DraaS” xidmətinin tətbiqi zamanı benefisiarlar fövqəladə hallarda məlumatlarını avtomatlaşdırılmış və aqressiv proseslərlə daha sürətli və daha etibarlı şəkildə bərpa edəcəklər.
Məlumatların qorunması və fasiləsizliyin təmin edilməsi üçün İT və insan resursları strukturuna əlavə kapitalın cəlbinə ehtiyac qalmayacaq.
Beləliklə, “DRaaS” xidməti vasitəsilə tətbiq ediləcək həllər müştəriləri xərclərin azalmasına və daxili resursların daha səmərəli istifadəsinə yönəldərək bizneslərin mövcud bazar konyukturasına daha uyğun dəyər yaratmasına səbəb olacaq.
“AzInTelecom” MMC-nin “DraaS” xidmətindən istifadə edən bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər.
Hazırda “AzInTelecom” MMC-yə məxsus AZCLOUD Data Mərkəzi Yevlax Əlçatanlıq Zonası vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Əlçatanlıq Zonasında saxlanılır və real vaxt rejimində xidmət göstərilərək fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin edilir.
Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.
Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.
Daha çox xəbər:
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir
Gündəm / Cəmiyyət“AzInTelecom”un müştəri xidmətləri “Şəbəkə” ofisində fəaliyyət göstərəcək
Gündəm / Cəmiyyət“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq
Gündəm / CəmiyyətÜnvanlı sosial yardım almaq asanlaşdı - Yeni layihə
Cəmiyyət / SosialFHN vətəndaşlara müraciət etdi
Cəmiyyət