Gündəm / Cəmiyyət
15 avqust 2022
10
İstilər dəri xərçənginin artmasına səbəb olur
Alimlər iqlim böhranının səbəb olduğu yüksək yay temperaturunun melanoma kimi potensial ölümcül dəri xərçəngi hallarının artmasına səbəb olduğunu bildiriblər.
Bristol Universitetinin İqlim Elmləri Professoru Dann Mitchell, Böyük Britaniyada və şimaldakı digər ölkələrdə insanların daha çox günəş işığına və ultrabənövşəyi şüalara məruz qalması barədə xəbərdarlıq edib.
O, xərçəng riskinin artmasının insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə əlaqəli olduğuna diqqət çəkib.
Şeffild Universitetinin Tibbi Onkologiya professoru Sarah Danson məsələ ilə bağlı narahatlığını ifadə edərək, daha isti yayların melanomadan ölümə səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələri artıq rekord qıran temperaturla mübarizə aparır.
Daha çox xəbər:
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ
GündəmMayda temperatur 33 dərəcəyə qədər qalxacaq
Cəmiyyət / Sosialİyul ayında Bakıda havanın temperaturu 43°yə çatacaq
Gündəm / CəmiyyətAlimlər: İstilik qazları fəlakətə səbəb ola bilər
Gündəm / İqtisadiyyatHər gün ət yeyənlərdə bu xərçəng yaranır - XƏBƏRDARLIQ
Səhiyyə