Gündəm / Hadisə
25 avqust 2022
28
Dəhşətli qəzada xanımı ilə birgə ölən şəxs Metropoliten əməkdaşı imiş - Fotolar

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı 99 TS 376 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olub.







Daha çox xəbər:

Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
İdman
Metroda ölən şəxs BDU-nun müəllimi imiş - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Bakıdakı qəzada ölən İlham həmin gün evdə olmalıymış... - Fotolar
Gündəm / Hadisə
Azərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü - FOTO/VİDEO
Gündəm / Hadisə
Maşını güllələnən şəxs keçmiş polis əməkdaşı imiş
Gündəm / Hadisə