Gündəm / Dünya
01 sentyabr 2022
9
Türkiyə Futbol Federasiyasının binasına silahlı basqın edilib - YENİLƏNİB

Türkiyə Futbol Federasiyasının Rivadakı binasına silahlı basqın edilib.
Hücumun TFF-də idarə heyəti toplantısı zamanı baş verdiyi bildirilib. Kamera qeydləri araşdırılıb.
TFF İdarə Heyətinin bu gün keçirilən iclasında Riva Obyektlərinin düz yanındakı dərənin kənarından binaya atəş açılıb. İclasın keçiriləcəyi hissəni və prezident mərtəbəsinin yerləşdiyi ərazini hədəf alan hücumda xəsarət alan olmadığı məlum olub. Binaya 5 güllənin dəydiyi bildirilib. Hadisə yerində araşdırma aparan təhlükəsizlik qüvvələri Rivada bütün kameraları araşdırıb və hücum edənlərin hadisə yerindən bir vasitə ilə qaçdığı bildirilib.
TFF binasına planlaşdırılan hücumun aşağı mərtəbədə yerləşən prezident aparatı və idarə heyətinin otağında baş verdiyi qeydə alınıb. Güllələrdən birinin Hamit Altıntopun başından keçdiyi öyrənilib.

Daha çox xəbər:

Azərbaycanlı ailəyə silahlı basqın olub - ölənlər və yaralananlar var
Gündəm / Hadisə
Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edildi
Gündəm / Cəmiyyət
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var
Gündəm / Hadisə
Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü
Gündəm / Cəmiyyət
Zakir Həsənov ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşdü
Gündəm / Cəmiyyət