Gündəm / Hadisə
02 sentyabr 2022
12
"Tərtər işi" ilə bağlı Müdafiə Nazirliyinin generalı SAXLANILDI (YENİLƏNİB)

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Milliinfo.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.
Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***10:10
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Daha çox xəbər:

"Tərtər işi" ilə bağlı Müdafiə Nazirliyinin generalı SAXLANILDI
Gündəm / Hadisə
Generaldan hərbçilərin təltif edilməsi ilə bağlı AÇIQLAMA
---
Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ - FOTO
Gündəm / Cəmiyyət
Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi
Hadisə
Putin 5 general və bir polkovniki vəzifəsindən azad etdi
Dünya