Gündəm / Dünya
06 sentyabr 2022
21
Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb - Zelenski açıqladı
“Ukrayna dəstələri təkcə Xerson bölgəsindəki hücuma diqqət yetirmirlər. Müdafiəçilərin əks-hücum hərəkətləri üçün bir çox yolu var”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib.
Jurnalist Zelenskidən Ukrayna hərbçilərinin niyə Xerson vilayətində əks-hücum əməliyyatına başlamaq qərarına gəldiyini soruşub.
“Mən demirəm ki, əks-hücum yalnız Xersona qarşıdır. İstiqamət və ya istiqamətlər var və biz irəliləməliyik” - Zelenski deyib.
Eyni zamanda, Zelenski qeyd edib ki, hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz:
“Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın”.
Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

Daha çox xəbər:

"Ukraynanın gələcəyi bundan asılıdır" - Zelenski
Gündəm / Dünya
"Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır" - Zelenski
Gündəm / Siyasət
Zelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi - FOTO
Gündəm / Dünya
Zelenski azad edilən ərazilərin sayını açıqladı
Dünya
Zelenski ABŞ Senatında çıxış edəcək
Gündəm / Dünya