Gündəm / Siyasət
15 sentyabr 2022
8
XİN rəsmisi “Haber Global”a Ermənistanın təxribatlarından danışdı - VİDEO

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri dəyərləndirib.
Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi heç vaxt gərginlikdə maraqlı tərəf olmayıb.
“Xüsusən də indi. Bilirsiniz ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq və infrastruktur layihələri həyata keçirir. Məcburi köçkünlərimiz öz torpaqlarına geri dönürlər. Sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda Ermənistan tərəfinin təxribata əl atması bu ölkənin normallaşma prosesinə zərər vurmaq niyyətlərindən xəbər verir”, - deyə XİN-in mətbuat katibi vurğulayıb.

Daha çox xəbər:

Leyla Abdullayevaya yeni vəzifə verildi
Gündəm / Cəmiyyət
Azərbaycan XİN Lavrova CAVAB VERDİ
Gündəm / Siyasət
Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
Siyasət
“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən Ermənistanın təcavüzü ilə üzləşib” - XİN
Gündəm / Siyasət
XİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə REAKSİYA
Gündəm / Cəmiyyət