Gündəm / Cəmiyyət
17 sentyabr 2022
15
Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib
Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərarla “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilir. Strateji ekoloji qiymətləndirmə – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.
Daha çox xəbər:
Baş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / Sosialİnzibati orqanların təsnifatı genişləndirildi
Gündəm / CəmiyyətƏli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarları ləğv etdi
Gündəm / Siyasətİlham Əliyev 2 fərman imzaladı
İqtisadiyyatNK Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik edib
Sosial / Təhsil