Gündəm / Cəmiyyət
20 sentyabr 2022
8
Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyir
Gürcüstan öz səyləri ilə ümumi siyasət çərçivəsində regionun sülh və sabitliyinə öz töhfəsini verməkdə davam edir.
Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
O, həmçinin bildirib ki, Tbilisi hər zaman Ermənistan-Azərbaycan danışıqları üçün platforma təqdim etməyə hazırdır.
"Biz sülhün möhkəmləndirilməsi naminə cənub qonşularımızı dialoq platforması ilə təmin etməyə hər zaman hazırıq və bizim bu təklifimiz hələ də aktualdır. Əgər prosesdə vasitəçi kimi iştirak etmək lazımdırsa, biz buna hazırıq, heç bir şərt irəli sürmürük. Bizim əsas məqsədimiz regionun sabitliyi və sülhüdür”, - Gürcüstanın XİN rəhbəri bildirib.
Daha çox xəbər:
Gürcüstanın baş epidemioloqu Azərbaycanla sərhədlərin açılmasına münasibət bildirib
Siyasət / DünyaXİN başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"
Siyasət / DünyaÇin Azərbaycan və Ermənistan arasındakı danışıqları alqışlayır
Gündəm / Dünya"Azərbaycana hər zaman dəstək olmağa hazırıq" - ÜST
Gündəm / SosialNazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Dünya