Gündəm / Siyasət
12 oktyabr 2022
6
"Biz hər bir situasiyaya hazır olmalıyıq" - İlham Əliyev
Azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququ qazanmışdı.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.
“Bununla da kadr potensialı yaranırdı ki, bu gün Azərbaycanda ona tələbat olduqca çoxdur. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məhz Heydər Əliyevin qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldığını xatırladan Azərbaycan Prezidenti deyib: “Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyətidir. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq”.
Daha çox xəbər:
"Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir" - İlham Əliyev
Gündəm / Siyasət"Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib" - Dövlət başçısı
Gündəm / SiyasətAzərbaycanda Milli Müdafiə Universiteti yaradıldı
Gündəm / CəmiyyətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyatPrezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
Gündəm / Siyasət