Gündəm / Cəmiyyət
25 oktyabr 2022
11

Azərbaycan Türkiyədən "Barkan” insansız hərbi maşını ALACAQ

Azərbaycan Türkiyədən "Barkan” insansız hərbi maşını ALACAQ


“HAVELSAN” şirkəti “Barkan” insansız hərbi maşını yaxın zamanda Azərbaycanda sınaqdan keçirmək niyyətindədir.

Bu barədə APA-ya açıqlamasında şirkətin İdarə Heyətinin üzvü, pilotsuz aparatlar üzrə layihə müdiri Veysel Ataoğlu deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfi bununla bağlı danışıqlar aparır.

Şirkət rəsmisi onu da qeyd edib ki, “HAVELSAN” gələn il Azərbaycanda istehsalata başlaya bilər: “Təklifimizi Azərbaycan tərəfinə təqdim etmişik və bu məsələ ilə bağlı işlər gedir. Bizim üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında fərq yoxdur. Hər cür dəstəyi verməyə hazırıq”.

Xatırladaq ki, Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir və bir müddətdir bununla bağlı danışıqlar aparılır.