Gündəm / Sosial
16 noyabr 2022
8
G20 liderlərinin sammiti başa çatdı
G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçirilən IX sammiti başa çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, zirvə çərçivəsində beynəlxalq siyasi və iqtisadi məsələləri müzakirə edilib: “Dünyamız son 3 ildir koronavirus pandemiyası ilə başlayıb müharibə və regional toqquşmalarla daha da gərginləşən ağrılı mərhələdən keçir. Enerji, qida və xammal qiymətlərinin həddən artıq bahalaşması istisnasız olaraq bütün iqtisadiyyatlara təsir edir”.
Türkiyə liderinin sözlərinə görə, Avropa və ABŞ daxil olmaqla bir çox regiondakı infliyasiya rəqəmləri mövcud çətinliklərin göstəricisidir.
Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreye, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.
Daha çox xəbər:
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
Gündəm / Dünya"Təşkilatın Katibliyi heç bir ölkədən göstəriş ala bilməz" - Lavrov
Gündəm / DünyaPutin Zelenski ilə birlikdə G20 sammitində iştirak edəcək
Gündəm / Dünyaİlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev Xəzəryanı ölkələrin liderlərinin VI Zirvə Toplantısında - YENİLƏNİB (FOTOLAR)
Gündəm / Siyasət