Gündəm / İdman
13 oktyabr 2023
2
AVRO-2024: Fransa və Portuqaliya bu gün final mərhələsinə vəsiqəni təmin edə bilərlər - AFİŞA
Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları baş tutacaq.
B, F və J qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Estoniyanın qonağı olacaq. Qrupun digər matçında Avstriya Belçika ilə üz-üzə gələcək. Bu görüşün qalibi final mərhələsinə vəsiqəni təmin edəək.
B qrupunda Fransa Niderlandla qarşılaşacaq. Fransızlar qalib gəlsələr, AVRO-2024-ə vəsiqə əladə edəcəklər. Sözügedən matçın heç-heçə bitməsi halında isə Yunanıstanın məğlubiyyəti son dünya çempionatının finalçısını AVRO-2024-ün əsas yarışına aparacaq.
J qrupunda isə Portuqaliya öz meydanında Slovakiyaya qalib gəlməklə tapşırığın öhdəsindən gələ bilər. Lakin pireneylilər həm də Lüksemburqun qələbə qazanmamasına ümid etməlidirlər.
AVRO-2024
Seçmə mərhələ, VII tur
13 oktyabr
B qrupu
22:45. Niderland - Fransa
22:45. İrlandiya - Yunanıstan
Xal durumu: Fransa - 15, Niderland - 9, Yunanıstan - 9, İrlandiya - 3, Cəbəllüttariq - 0
F qrupu
20:00. Estoniya - Azərbaycan
22:45. Avstriya - Belçika
Xal durumu: Avstriya - 13, Belçika - 13, İsveç - 6, Azərbaycan - 1, Estoniya - 1.
J qrupu
22:45. Portuqaliya - Slovakiya
22:45. İslandiya - Lüksemburq
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya - 18, Slovakiya - 13, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 6, Lixtenşteyn - 0
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər](/uploads/posts/2021-11/medium/1635825661_71c21135-791b-3130-8fa8-f26d657f4913_850.jpg)
Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər
İdman![Millətlər Liqası: Millimiz Belarusla qarşılaşacaq](http://azadmedia.az/uploads/posts/2022-06/1654489976_-9079ea52156939646865562042710613189.jpg)
Millətlər Liqası: Millimiz Belarusla qarşılaşacaq
İdman![Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək](http://azadmedia.az/uploads/posts/2022-09/1662439401_5b502e5d61efd_1531978343_champions-league.jpg)
Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək
Gündəm / İdman![DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək](https://azadmedia.az/uploads/posts/2022-12/1670045196_football.jpg)
DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək
Gündəm / İdman![DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı](/uploads/posts/2021-09/medium/1630474512_fotojet-18.jpg)
DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı
Gündəm / İdman