Gündəm
02 iyul 2024
2
Tanınmış şair-publisist, iş adamı Gülağa Tənha Rza Talıbov haqqında yeni şokedici açıqlamalar verdi
Gülağa Tənha: ÇİRKLİ PULLAR-4
Tanınmış şair-publisist, iş adamı Gülağa Tənha özünün "TikTok" səhifəsində DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov haqqında yeni şokedici açıqlamalar ilə çıxış edib.
"AZpress" İnformasiya Agentliyinin "AZpressTİMES.info" xəbər saytı Gülağa Tənhanın çıxışını olduğu kimi təqdim edir:
"Hörmətli dinləyicilər, əziz xalqım biz bu gün Azərbaycanda Milli Məclisə seçkilər ərəfəsindəyik. Ona görə mən respublikada sosial sabitliyi qoruyub saxlamaqdan ötəri lazımsız gedişatlara yol verməmək üçün çalışacam ki, bizdə olan roliklərin ən zəiflərini və zərərsizlərini sizin nəzərinizə çatdırım. Bu gün elə maraqlı mövzuya toxunmaq istəyirəm ki, nəinki Azərbaycan xalqı üçün, həmçinin dünyada yaşayan azərbaycanlılar üçün bu çox maraqlı olacaq. Söhbət Talıbovlar sülaləsinin Naxçıvan suyunu qızıla çevirməsindən gedir. Bu hər bir insana nəsib olan məsələ deyil. Bu istedad ancaq general Rza Talıbova, ümumiyyətlə onun rəhbərlik etdiyi bandaya məxsus xüsusiyyətdir. Milli Məclisdə seçkilər bitdikdən sonra bir çox dəyişikliklər olacaq və mən inanıram ki, həmin dəyişikliklər ərəfəsində belə saxta, geydirmə generallarımızın bir çoxu vəzifədən uzaqlaşdırılacaq və həbs olunacaq. Qeyd etdiyim Rza Talıbov da geydirmə generalların içindədir. Mən bu gün də anlaya bilmirəm ki, əziz xalqım, kim nə məqsədlə cənab prezidentə Rza Talıbovun general rütbəsi almaq sənədlərini hansı ağılla təqdim edib? Bu insanlar özləri də cinayətkardırlar, Rza Talıbovla əlbirdirlər. Onları vətən xaini kimi həbs etdirmək lazımdır. İndi isə qayıdaq Naxçıvan suyunu qızıla çevirmək məsələsinə. Bununla bağlı təəssüratımı sizlərə danışmaq istəyirəm. 2005-ci ildən 2022-ci ilə qədər bu hadisələr davam edib. Naxçıvan Muxtar Respublikası ilə İraq, Əfqanıstan və bir çox dövlətlər arasında müqavilələr bağlanılıb. Müqavilələrə əsasən, Naxçıvandan həmin dövlətlərə neft və neft məhsulları getməli idi. Əvəzində isə Naxçıvana dollar, valyuta gəlməli idi. Lakin Respublikaya heç bir valyuta, dollar gəlmir və Naxçıvandan heç bir neft məhsulları ixrac olunmur. Rza Talıbovun rəhbərlik etdiyi bu banda Naxçıvanda sisterinləri su ilə doldurur. Gömrük əməkdaşları bu məsələlərdən xəbərdar olsalar da yaranmış vəziyyətə göz yumurlar. Gömrük əməkdaşları həmin sənədlərə möhür vururlar. Guya Naxçıvan Muxtar Respublikasından neft məhsulları ixrac olunur. Əslində isə su çıxarılırdı. Su İran ərazisindən gəlir, İran ərazisində də boşaldılır və əvəzində yerli hüquq-mühafizə orqanları ilə əlbir olan Talıbovlar sülaləsi həmin sisterinlərə neft və neft məhsulları doldururlar. İrandan gələn neft və neft məhsulları Əfqanıstana İraqa və digər dövlətlərə göndərilir. Həmin dövlətlər isə öz müqavilələrinə əsasən pulları Dubaya köçürürlər. Dubayda həmin pula külçə qızıllar alınır. Keçən hissədə dediyim kimi, külçə qızılları İkram və Bahadur qardaşları, sonra isə Hacı Azad və onun oğlu Araz alır. Dubayda alınmış külçə qızıllar Azərbaycana gətirilir. Naxçıvandan su şəklində xaric olunmuş məhsullar Azərbaycana qızıl şəklində qayıdır. Bizim "generallarımız" Rza Talıbov, Seymur Talıbov, qaynatası Vasif Talıbov Naxçıvandan su çıxarıb, həmin suyun əvəzinə külçə qızıllar gətirirlər. Əhsən belə istedadlı generallarımıza! Bu gün fürsətdən istifadə edib cənab prezidentə bildirmək istərdim ki, Rza Talıbov kimi generallar az deyil, yetəri qədərdir. Hətta digər strukturlarda da belə vətən xainləri, satqınlar var".

ARDI VAR...
VİDEO çıxışın Tik-Tok LİNKİ:
https://www.tiktok.com/@gulaqatenha_allah_adami/video/7384889920222940432
Milliinfo.az
Daha çox xəbər:
General Rza Talıbovun çirkli pullarını xaricə kimlər daşıyıb
Gündəm / CəmiyyətBu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / Sosial“Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media”
Gündəm / CəmiyyətTanınmış şair: "Ərim məni elə gözəl döydü, dedim, əllərinə qurban olum"
MədəniyyətPrezidentin general rütbəsi verdiyi şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət