Gündəm / İqtisadiyyat
20 iyul 2024
0
Dövlət Xidməti: Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı siyahısı hazırlanır
Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı tələblərə uyğunluğunu yoxlanılması üçün siyahısı hazırlanır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır: "Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.
Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq".
N. Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələblər olacaq: "Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələblərə uyğunluğuna baxacayıq. Əgər mal onlara cavab verərsə sənəd veriləcək".
Daha çox xəbər:
Bu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
Gündəm / CəmiyyətAzərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
Gündəm / Cəmiyyətİqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Gündəm / İqtisadiyyatAlkaqollu içkilərin və siqaretlərin aksiz dərəcəsi ARTIRILDI
Gündəm / İqtisadiyyatİrandan Azərbaycana erməni dilində yazıları olan mallar gətirilib - VİDEO
Gündəm / Cəmiyyət