Gündəm / Dünya
31 iyul 2024
1

Türkiyədə qadınların sayı kişiləri üstələyəcək


2026-cı ildə Türkiyədə əhalinin tərkibində kişi və qadınların nisbəti 86 ildən sonra ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək.

Bu barədə Türkiyə Statistika İdarəsinin (TSİ) iyulun 31-də, çərşənbə günü açıqlanan demoqrafik proqnozunda deyilir.

TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onların 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.

Eyni zamanda, 2075-ci ilə qədər Türkiyədə qadınların sayı kişilərin sayını artıq 1,5 milyon nəfər üstələyəcək və bu tendensiya ən azı XXII əsrin əvvəlinə qədər davam edəcək.

TSİ hesab edir ki, 2050-ci ildən sonra ölkə əhalisinin sayı tədricən azalmağa başlayacaq.
Lorena
Feel free to surf to my web-site - stakes casino
Kim
Feel free to surf to my web blog Daycares By Category
Dee
Take a look at my page; HighStakesDB