Hadisə
30 aprel 2019
73

Kanalda batan gənc ailənin tək övladıdır – 10 il onun yolunu gözləmişdilər

Kanalda batan gənc ailənin tək övladıdır – 10 il onun yolunu gözləmişdilər



Xəbər verdiyimiz kimi ötən gün Samur-Abşeron kanalında 19 yaşlı oğlan batıb. Hadisə Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən
hissəsində baş verib.
BEŞ.AZ xəbər verir ki, mərhumun anası Fizzə Ələkbərova oğlu İmamyarın ailənin yeganə övladı olduğu deyib:

“Qonşunun uşaqlarıyla həmişə getdiyi yollarla gəzməyə getmişdi. Hadisə beş dəqiqənin içərisində oldu. Uşaqlar dedilər ki, kömək edə bilmədik, əlimiz çatmadı. Bircə oğlum vardı, tək ümidim, pənahım idi. On ildən sonra olmuşdu”.