Hadisə
10 noyabr 2021
29
Bakıda 28 yaşlı gənci avtomobil vurub
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AzadMedia.az"ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində yolu keçən 1993-cü il təvəllüdlü Qasımov Seyidağa İmran oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbər: