Hadisə
18 aprel 2022
26
Bakıdakı izdihamda insanları vurduğu deyilən şəxs HƏBS EDİLDİ
Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilmişdir. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxartmışlar. Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.
Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.
Daha çox xəbər:
Bu gün iri ticarət mərkəzlərinin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa olunur? - TƏBİB-dən AÇIQLAMA
GündəmANLI STATİSTİKA "Sədərək" və "Binə", ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR — AÇIQLAMA
Gündəm / İqtisadiyyatSentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ
Gündəm / CəmiyyətBakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Cəmiyyət / SosialBayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA
İqtisadiyyat / Cəmiyyət / Sosial