İdman
24 avqust 2023
3

AFFA 5 klubu cəzalandırdı

AFFA 5 klubu cəzalandırdı

Azərbaycan Futbol federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

Qurumun saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının III turunda yaşananlara hüquqi qiymət verilib.

“Kəpəz” - “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” - “Turan Tovuz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilib.

“Kəpəz” - “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir.

“Kəpəz” - “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilib.

“Kəpəz” - “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.

“Qarabağ” - “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.
“Sabah” - “Neftçi” oyununda “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Sabah” - “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Sabah” - “Neftçi” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” - “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilib.

“Sabah” - “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

Ümumilikdə, klublar 6 min 400 manat cərimələniblər.