İdman
19 sentyabr 2022
1 644
“Seltik” azarkeşləri II Elizabeti haqqında təhqiramiz şüarlar səsləndirdilər

“Seltik”in azarkeşləri Şotlandiya çempionatında “Sent Mirren”lə oyun zamanı təhqiramiz şüarlar səsləndiriblər.
Belə ki, Şotlandiya çempionatının “Sent-Mirren” – “Seltik” matçından əvvəl Böyük Britaniyanın mərhum kraliçasının xatirəsinə bir dəqiqəlik alqışlar olub.
Bu zaman “Seltik” azarkeşləri “Kral ailəsinə nifrət edirsinizsə, əl çalın” şüarları səsləndiriblər. Bu an hər iki komandanın futbolçuları və məşqçiləri Kraliçanın şərəfinə alqışlar səsləndiriblər.
Həmçinin Qlazqodan olan komandanın azarkeşləri öz tribunalarında eyni ifadədən ibarət pankart yerləşdiriblər.
Qeyd edək ki, oyun “Sent Mirren”in 2:0-lıq üstünlüyülə başa çatıb.
Mənbə: gazeta.ru

Daha çox xəbər:

“Qarabağ”ın potensial rəqibləri - “Fənərbaxça”, “Lester”...
İdman
Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək
Gündəm / İdman
Londondakı səfirliyimiz radikalların hücumuna məruz qaldı - Video
Gündəm / Cəmiyyət
Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar bilinəcək - AFİŞA
Gündəm / Cəmiyyət
Millətlər Liqası: Avropa çempionatının finalçıları üz-üzə - AFİŞA
Gündəm / İdman