İqtisadiyyat / Cəmiyyət
27 aprel 2020
23
Biləsuvarda gün ərzində 350-400 sahəyə çiyid səpilir
Millinfo.azBiləsuvarda gün ərzində 350-400 sahəyə çiyid səpilir
Biləsuvarda çiyid səpini uğurla davam edir. Ötən il pambıq plantasiyalarından 30 min 249 ton xam pambıq toplayan biləsuvarlı “ağ qızıl” ustaları cari ildə 9 min 839 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün 1613 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum ilə təmin olunub və digər köməkliklər göstərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 5 min 32 hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə 350-400 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 2 min 226,6 hektarı “MKT-İK” MMC-yə, 1047 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 1459,1 hektarı “P-AQRO” MMC-yə, 306 hektarı isə “Təcrübə-Sınaq”məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, artlq ilkin səpin aparılmış 556 hektar sahədə yaxşı bitiş alınıb.

Daha çox xəbər:

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
İqtisadiyyat
Bu mövsüm İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub
İqtisadiyyat
Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır
İqtisadiyyat
Azərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO
İqtisadiyyat
Gürcüstan Çindən 52 ton tibbi məhsul alıb
Dünya / Səhiyyə