İqtisadiyyat
05 may 2020
77

Bu mövsüm İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub

Milliinfo.az

Bu mövsüm İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub



Bu mövsüm İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub


Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 420 qutu (7 min 980 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 190 kümçüyə paylanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 9 ton 500 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasının möhkəmləndirmək məqsədilə son 5 ildə rayona 108 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud çəkililiklərə qulluq göstərilib.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artıb. Bəhrəmtəpədən olan kümçü Səxavət İsmayılov ötən il 136 kiloqram barama istehsal edərək 1224 manat gəlir qazanıb. İpəkçi bu mövsüm 300 kiloqram məhsul istehsal etmək üçün ipəkqurdu toxumu götürərək bəsləyir.