İqtisadiyyat
30 aprel 2020
38

Ramin Quluzadə: “Azərbaycan ərazisindən tranzit daşımaları 32 faiz artıb”

Milliinfo.az

Ramin Quluzadə: “Azərbaycan ərazisindən tranzit daşımaları 32 faiz artıb”



Ramin Quluzadə: “Azərbaycan ərazisindən tranzit daşımaları 32 faiz artıb”"Cari ilin I rübündə Azərbaycan ərazisindən 52 405 ədəd, o cümlədən tranzit olaraq 20 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında keçirilən videokonfransda Azərbacan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşımaların həcmində və sayında artım var: “Statistik məlumatların müqayisəsi göstərir ki, bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycan Respublikasının ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb”.