İqtisadiyyat / Dünya
01 may 2020
30
“Redmi Note 9” və “Redmi Note 9 Pro” smartfonları təqdim edilib
Milliinfo.az
“Xiaomi” şirkəti qlobal onlayn təqdimat çərçivəsində əvvəllər Çində təqdim edilmiş “Redmi Note 9 Pro” qurğusunun beynəlxalq versiyasını və tamamilə yeni olan “Redmi Note 9” smartfonunu təqdim edib.
“Redmi Note 9 Pro” aparatı nazik çərçivəli 6,67 düymlük displeylə təchiz edilib. Aparat ön və arxa tərəfdən “Gorilla Glass 5” qoruyucu şüşəsi ilə örtülüb. Barmaq izləri skaneri işə salma düyməsinə inteqrasiya edilib. İstehsalçı yalnız məişət cihazlarını idarə etmək üçün istifadə edilən infraqırmızı portu deyil, həm də qulaqlıqlar üçün ənənəvi 3,5 mm-lik konnektoru saxlayıb.
Smartfon 64 mp-lik əsas moduldan ibarət kvadrokamera, 119 dərəcə baxış bucağına malik 8 mp-lik ultragenişbucaqlı obyektiv, makroobyektiv və bulanıq fonda portret şəkilləri çəkmək üçün dərinlik sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.
İstehsalçı yeni vibromühərrikdən istifadə edən təkmilləşdirilmiş vibrasiyanı və smartfonun köməyi ilə alış-verişin təmassız ödənişi üçün “NFC” modulunun mövcudluğunu qeyd edib.

Daha çox xəbər:
Ən güclü smartfon təqdim edildi
SosialAprelin 20-də tədris proqramına uyğun teledərslər təqdim edilib
Gündəm / Sosial / TəhsilSOCAR 2007-2019-cu illərdə İndoneziyaya 25,1 milyon ton neft təchiz edib
İqtisadiyyatVüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir
İqtisadiyyatƏlilliklə bağlı layihə hökumətə təqdim edildi
Sosial