İqtisadiyyat
06 noyabr 2023
0
Fiziki şəxslərin bu gəlirləri vergidən azad ediləcək
Fiziki şəxslərin aylıq 200 manat həcmində əldə etdiyi faiz gəlirləri vergidən azad olacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Fiziki şəxslərin hər bir bankda olan milli valyutada olan depozitləri üzrə 18 ay və daha yüksək vaxtda yerləşdirilmələr üzrə əldə edilən faiz gəlirləri də vergidən azad olacaq. Bunun da iki hədəfi var. Həm bankların kapitalizasiyasına hədəfləyir ki, banklar biznes kreditlərinin verilməsi üçün uzunmüddətli kreditlər verir. Bundan əlavə, əmanətlərin də daha uzun müddətə cəlb edilməsinə paralellik yaradacaq. Eyni zamanda, milli valyutaya bu güzəştlərin verilməsi milli valyutaya tələbin artırılması siyasətini özündə ehtiva edir”, - o qeyd edib.
Daha çox xəbər:
Azərbaycanda media subyektləri vergilərdən azad ediləcək
Gündəm / Cəmiyyət"Şəhid ailələri üçün yeni vergi güzəştləri nəzərdə tutulur" - Vüqar Bayramov
Gündəm / CəmiyyətDepozitlərə görə vergi ödəməkdən imtina edə bilərik?
Gündəm / CəmiyyətŞəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək
Gündəm / CəmiyyətDeputatların maaşı nə qədər artıb? - RƏQƏMLƏR
Gündəm / İqtisadiyyat