Gündəm / Cəmiyyət
02 fevral 2023
3
Depozitlərə görə vergi ödəməkdən imtina edə bilərik?
Məlumdur ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən yeddi il müddətində vergidən azad edilmişdi, ancaq bu müddət dünən başa çatdı.
Məsələ ilə bağlı vətəndaşları maraqlandıran əsas suallardan biri budur ki, öncədən banka qoyulan vəsaitlər də vergiyə cəlb olunurmu? Əvvəlki illərdə banka depozit yerləşdirən müştəri bağlanan müqavilə şərtlərinə görə məhkəmə yolu ilə vergi ödəməkdən imtina edə bilərmi?
Bunula bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yalnız fevralın 1-dən sonra əldə edilən gəlirlər vergiyə cəlb olunur: “Burada illik gəlirlərdən söhbət gedir. İlin yekununda fevralın 1-dən sonrakı hissəyə vergi tətbiq olunacaq. Əvvəlki dövrlərdə əldə edilən gəlirlər vergiyə cəlb olunmur”.
Deputatın sözlərinə görə, vətəndaşlar öncədən qoyulan depozitlərlə bağlı məhkəməyə müraciət edə bilməz. Çünki müqavilənin depozitlə bağlı hissəsində Vergi Məcəlləsinə istinad var: “Müqavilədə depozitlərin bütün hallarda vergidən azad olunması ilə bağlı qeyd yoxdur. Banklar müqaviləni Vergi Məcəlləsinə uyğunlaşdırdığına və məcəllə daha üst qanun olduğuna görə onun tələblərinə uyğun olaraq vergiqoyma prinsipləri ilə tənzimlənir”.
Daha çox xəbər:
"Şəhid ailələri üçün yeni vergi güzəştləri nəzərdə tutulur" - Vüqar Bayramov
Gündəm / CəmiyyətDeputatların maaşı nə qədər artıb? - RƏQƏMLƏR
Gündəm / İqtisadiyyatVüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir
İqtisadiyyatAzərbaycanda bu xidmət ƏDV-dən azad edildi
Gündəm / CəmiyyətVergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?
İqtisadiyyat