İqtisadiyyat
09 iyun 2020
56
Paytaxtın Neapol küçəsindəki yerüstü piyada keçidinin tikintisi yekunlaşır
Milliinfo.az
Paytaxtın Neapol küçəsindəki Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq yekunlaşır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin sifarişi əsasında hazırlanan və müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti isə 5,5 metrdir.
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Qeyd olunub ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.
Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Daha çox xəbər:
Bakıda dəhşətli qəzanın görüntüsü: Piyada göyə uçdu
HadisəBakıdakı dəhşətli qəzadan görüntülər yayıldı - VİDEO
HadisəBakının bu hissəsindəki ağaclar köçürüləcək
Cəmiyyət“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır - FOTO
Gündəm / CəmiyyətProspektdə piyadanı vurub öldürən saxlanıldı
Hadisə