İqtisadiyyat
14 sentyabr 2020
65
OPEC: Neft tələbatı gələn il də böhrandan əvvəlki səviyyəyə çatmayacaq
Milliinfo.az
“Çinin neftə olan tələbatı bu ilin sonuna qədər artacaq və gələn il isə tamamilə bərpa olunacağ, ancaq Asiyanın digər ölkələrində neft istehlakı 2021-ci ildə də böhrandan əvvəlki səviyyəyə çatmayacaq”.“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “OPEC”in baş katibi Məhəmməd Barkindo bildirib.
“OPEC-in Aylıq Neft Bazarı Hesabatının sentyabr buraxılışında mövcud vəziyyətin qeyri-müəyyən olduğunu vurğulayaraq bütün proqnozlarımızı dəyişdirdik. Belə ki, Çindən başqa, digər Asiya ölkələrində neft tələbatı ilə bağlı məlumatları vəziyyətin hələ də mənfi olduğunu göstərir”, - o vurğulayıb.
M.Barkindo qeyd edib ki, Hindistanın neft tələbatı iyul ayında gündəlik 0,5 milyon barel, avqust ayında isə 0,7 mln barel azalıb: “İndiki şərtlərdə neft istehlakının 2021-ci ildən əvvəl müsbətə dönməsi çətin olacaq.
Ancaq dediyim kimi, xüsusilə bu kimi dövrlərdə ÜDM ilə neft tələbi arasındakı elastik olmayan əlaqələr nəzərə alındığında, qısa müddətli proqnozlarda qeyri-müəyyənlik davam edəcək”.
Daha çox xəbər:
“Azneft” OPEC+ çərçivəsində iki ayda hasilatını 17 min barel azaldacaq
İqtisadiyyatSTAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
İqtisadiyyat / DünyaBirləşmiş Ştatların gündəlik neft istehsalı 11,6 milyon barrelə enib
DünyaABŞ-ın neft anbarlarının üçdə ikisi dolub
İqtisadiyyatQazaxıstan böyük yataqlarda hasilatı azaldacaq
İqtisadiyyat / Dünya