İqtisadiyyat
30 aprel 2020
35

“Azneft” OPEC+ çərçivəsində iki ayda hasilatını 17 min barel azaldacaq

Milliinfo.az

“Azneft” OPEC+ çərçivəsində iki ayda hasilatını 17 min barel azaldacaq



“Azneft” OPEC+ çərçivəsində iki ayda hasilatını 17 min barel azaldacaqAzərbaycanın hasilatının azaldılması ilə bağlı OPEC+ formatı çərçivəsində üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barel həcmində azaldaraq 100 min barel səviyyəsinə endirəcək.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilib.

Bildirilib ki, İB sonrakı dövrdə hasilatı tədricən artıraraq, ümumi hasilata gündəlik 5 min barel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111 min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

Qeyd edək ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında olmaqla, üç dövrü əhatə edir.

Azərbaycanın OPEC+ çərçivəsindəki öhdəliyinə görə, may-iyun aylarında hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyədən (718 min barel) 164 min barel azaldaraq 554 min barel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında Azərbaycan gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamalıdır.