İqtisadiyyat / Dünya
13 noyabr 2020
36
Gürcüstanın Azərbaycana borcu dəyişməyib
Milliinfo.az
Bu ilin oktyabr ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək noyabrın 1-nə 5,685 milyon ABŞ dolları təşkil edib.“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, oktyabrın sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 7 milyard ABŞ dolları olub. Bunun 6,7 milyard ABŞ dolları hökumətin payına düşür.
Ötən ay Gürcüstanın digər qonşuları - Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon ABŞ dolları, 43,134 milyon ABŞ dolları və 5,954 milyon ABŞ dolları qalıb.

Daha çox xəbər:

Türkiyənin mülki aviasiya sənayesi zərərdə
İqtisadiyyat / Dünya
Azərbaycana avtomobil idxalı artmaqda davam edir
İqtisadiyyat
Gürcüstan Azərbaycana ixracı 15%-dən çox azaldıb
İqtisadiyyat / Dünya
Bu il ARDNF “Şahdəniz”dən 66 mln. ABŞ dolları qazanıb
İqtisadiyyat
ABŞ Ermənistana daha 25 milyon dollar verəcək
Siyasət / İqtisadiyyat / Dünya