Səhiyyə
26 iyul 2023
0
Yenidoğulmuşlarda da zob müşahidə olunur - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
“Uşaqlarda anadangəlmə zob müşahidə edilə bilər. Hətta ana bətnində də bu proses baş verə bilir. Eləcə də 17 yaşa qədər də qeydə alına bilir. Bunun əlamətləri yaş dövrlərinə görə müxtəlif olur”.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində qurumun mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, bu əlamətlərin erkən aşkarlanması müalicənin müsbət nəticə verməsinə kömək edir:
“Altı-yeddi yaşlı uşaqda qalxanvari vəzin inkişafı zəif olanda dərmanla onu bərpa edə bilirik. İki ay sonra belə, müəyyən edilərsə, bunun müalicəsi effekt verə bilir, orqanizmə ziyan vurmur. Amma yenidoğulmuşlarda bu aşkarlanmazsa, gözdən qaçarsa, iki-üç ay sonra uşaq inkişafdan qala bilir. Sinir sistemi və digər inkişaf bu vəzin vəziyyəti ilə əlaqəli olur. Bunun ilkin əlamətlərini müşahidə edərkən pediatra müraciət etmək lazımdır.
Qalxanvari vəzin çatışmazlığı varsa, uşaqda süstlük olur. Ürək funksiyasına təsir edir, bağırsaqların hərəkəti yavaşlayır, qəbizlik yaranır. Eləcə də dərinin yağlılığı azalır, saç tökülməsi olur. Azyaşlı uşaqlarda dilin həcmi böyüyür, səs kobudlaşır. Uşaq özü çox hərəkət edir, ancaq metabolizmi zəifləyirsə, bu artıq əlamət kimi qiymətləndirilməlidir. Buna valideynlər diqqət etməlidirlər, çünki göz ilə görülən əlamətlərdir. Bu, qalxanvari vəzin çatışmazlığının əlamətidir.
Qalxanvari vəzin zəif inkişafı yırtıqların yaranmasına səbəb ola bilir. Qalxanvari vəz sürətli inkişaf edərsə, əllərdə titrəmə, ürək döyüntüsünün artması, dəridə xarakterik dəyişiklik, gözlərdə bərəlmələr ola bilir. Valideynlər bu əlamətlər zamanı dərhal pediatra müraciət etməlidir.
Ümumilikdə zob - qalxanvari vəzin böyüməsi deməkdir. Bu vəzin bütün xəstəlikləri zob demək deyil. Sadəcə, qalxanvari vəzin ləng və sürətli işləməsinə görə təsnifata ayrılır. Bunu da müayinə zamanı həkim müəyyən edə bilir”.
Daha çox xəbər:
Koronavirusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur - İnstitut direktoru
GündəmŞOK! Azərbaycanda qadının bətnində yeddi uşaq - VİDEO
HadisəHeç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar
SəhiyyəAzərbaycanda 4 aylıq uşaq koronavirusa yoluxdu - VİDEO
Gündəm / CəmiyyətQarında şişlik və spazm varsa diqqət edin!
Səhiyyə