Siyasət
05 may 2020
23
Ekspert: “Mövcud böhran Azərbaycanla Rusiyanı daha da yaxınlaşdırdı” - MÜSAHİBƏ
Ekspert: “Mövcud böhran Azərbaycanla Rusiyanı daha da yaxınlaşdırdı” - MÜSAHİBƏ
“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Plexanov adına Rusiya İqtisad Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti Oleq Çeredniçenko pandemiyanın iqtisadiyyatın hansı sahələrində daha çox təsir etməsindən, böhranın müsbət nəticələrindən və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin möhkəmlənməsinə təsirindən danışıb.
- Koronavirusun yaratdığı mövcud qlobal iqtisadi vəziyyət barədə nə deyə bilərsiniz?
- Koronavirus dünya iqtisadiyyatına ciddi ziyan vurdu. Ən böyük problem perspektivlərin hələ tam görünməməsidir. Çin ölkədə pandemiyanın inkişafını dayandıra bilsə də, Avropa və onun ardından elə Rusiya yekun zərərin nə olacağını anlamağa imkan verməyən problemlə üzləşib.
- Pandemiya iqtisadiyyatın hansı sahələrinə daha çox təsir göstərib?
- Ən çox geriləmə turizm və nəqliyyat sektorlarında oldu, amma bu, ölkələrin məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi ilə bağlı idi. İqtisadiyyatda hər şey bir-birinə bağlı olduğundan zərər görən sektorlar bununla məhdudlaşmır. Hasilat və emal sənayesinə təsir göstərən zəncirvari hadisələr yaşandı. Çində tələbatın azalması ilə neftin qiymətinin düşməsi müəyyən zəncirvari reaksiyaya səbəb oldu. Neftin qiymətinin düşməsi, öz növbəsində, OPEC+ sazişində iştirak edən ölkələrin tez-bazar bir araya gəlməsini şərtləndirdi. Martın 9-da baş tutan görüşdə razılıq əldə olunmadığından bazar çökdü.
İndi hadisələrin inkişafı belədir ki, demək olar, bütün sahələr zərər görüb. Ancaq ətrafda yalnız zərərgörmüşlərin olduğunu demək də düz deyil. Bu vəziyyətdə məsafədən xidmətlər, məsafədən işlə bağlı hər şey yeni təkan aldı. Bu da o deməkdir ki, yüksək texnoloji sahələr üçün əlavə təkan alınıb. Artıq bunun təsirini görürük və gələcəkdə də görəcəyik.
Koronavirusun yalnız mənfi təsiri haqqında danışmaq istəməzdim, müsbət cəhətlər də var. Bu müsbət cəhətlərdən biri də virusdan əvvəlki dövrdə olan iqtisadiyyatı daha görməyəcəyimizdir. Yeni iqtisadiyyat görəcəyik və çox güman, bu, tezliklə baş verəcək.
- Azərbaycandakı mövcud iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycan da bu vəziyyətdən zərər gördü. Ölkə iqtisadiyyatı olduqca ciddi mənfi təkan aldı. Azərbaycan neft problemlərinin müzakirəsində fəal iştirak edir və oxun tələbin bərpası istiqamətində geri çevrilməsini görsək, vəziyyət yaxşılığa doğru dəyişməyə başlayacaq.
Artıq Rusiyada təsirin dərəcəsinin azaldığı dövrə qədər qoyduğumuza ümid edirəm. Bu, Avropada da baş verdi. Bu mərhələni də geridə qoya bilsək, Azərbaycan yavaş-yavaş bu mənfi təsirin azalmasını hiss edəcək.
- Pandemiya Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına təsir göstərdimi?
- Ölkələrimiz arasındakı münasibətlərdə müsbət tendensiyalar müşahidə edirik. Ümumiyyətlə, problemlər, ciddi konstruktiv fərqlər olmadıqda, birləşdirir. Ən azından iqtisadiyyatlarımızı “vuran” neftlə bağlı problem Rusiya ilə Azərbaycan arasındakı geosiyasi münasibətlərə bir qədər də yaxınlıq əlavə etdi. Düşünürəm ki, bunda da müəyyən müsbət effektlər var.
Daha çox xəbər:
Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
İqtisadiyyatAlimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər
DünyaÇin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib Read more: https://sputnik.az/economy/20200420/423701780/Dnya-iqtisadiyyat-n-pis-xbr-n-gcl-bhran-v-byk-qtlq-glir.html
İqtisadiyyat / Cəmiyyət / Dünya / SosialPekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
SiyasətRusiya XİN-dən Azərbaycanın kəskin etirazına reaksiya
Siyasət