Siyasət
15 may 2020
59

Ehtiyatda olan generaldan sensasiyalı açıqlama: “Xarici kəşfiyyatdan pul alırlar”

Milliinfo.az

Ehtiyatda olan generaldan sensasiyalı açıqlama: “Xarici kəşfiyyatdan pul alırlar”



Ehtiyatda olan generaldan sensasiyalı açıqlama: “Xarici kəşfiyyatdan pul alırlar”“Sənin problemin varsa Müdafiə Nazirliyinə yaz, aidiyyatı qurumlar məsələni araşdırsınlar”.

“Report” xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər ehtiyatda olan bəzi hərbçilərin Azərbaycan Ordusu barədə yaydıqları əsassız məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, ehtiyatda olan bütün zabitlər, eyni zamanda gənclər davamlı şəkildə düşmənlə informasiya müharibəsi aparmalıdır: “Dünyanın elə bir ordusu yoxdur ki, orada problem olmasın. Orduda xidmət edən zabit də, ehtiyatda olanlar da başa düşməlidirlər ki, bu, bizim hər birimizin ordusudur. Hazırda orduda xidmət edənlər də Azərbaycan vətəndaşlarıdır”.

General-leytenant Azərbaycan Ordusuna, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı aparılan böhtan kampaniyasının səbəblərini açıqlayıb: “Niyə son zamanlar informasiya müharibəsi güclənib? Çünki Azərbaycan Ordusunun uğurları artıb, döyüş qabiliyyəti yüksəlib. Bunu isə gözügötürməyənlər var. Həmin qüvvələr xarici dövlətlərin kəşfiyyat orqanlarından pul alırlar və bunun müqabilində neqativ halları reklam edirlər. Hərbi xidmətdə hansısa komandir əsgərə, vəzifəli şəxs zabitə düzgün münasibət göstərilməyibsə, sən bunu niyə reklam edirsən? Onu televiziyada niyə göstərirsən?

Axı düşmən yatmayıb. Ermənilər həmin materiallardan çox geniş formada istifadə edirlər, bundan yararlanırlar. Bizdən fərqli olaraq onlar bunu bacarır. Sabah müharibə başlayanda indi ermənilərin dəyirmanına su tökənlər həmin materiallardan yenə istifadə edəcəklər. Ona görə mənə elə gəlir ki, Azərbaycan Ordusunu daha da gücləndirmək, döyüş qabiliyyətini artırmaq, onu müdafiə etmək lazımdır”.

Y.Aydəmirov ehtiyatda olan zabitlərə çağırış edib: “Mən həmişə zabitləri çox istəmişəm, onlar ordunun qızıl fondudur. Onlar olmasa heç bir xalq yaşaya bilməz. Mənim üçün Azərbaycan Ordusunda xidmət edən və tərxis olunan əsgər də əzizdir, zabit də”.