Siyasət
13 may 2020
51
Hikmət Babaoğlu: Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil
Milliinfo.az
Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daim onların silahı olub. O zamanlar sadəcə faşizm termini yox idi. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin əməllərindən daha qəddar olub. Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil.
Milli Məclisin deputatı H.Babaoğlu bildirib ki, elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir:
"İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaregin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür, ancaq təəssüf ki, münasibət hələ də adekvat deyil. Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən işğalçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.
Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. N.Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa-olsun, sonunda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək".

Daha çox xəbər:
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Siyasət"Nikol Paşinyanın bu addımları tezliklə onun sonunu gətirəcək"- RƏY
Siyasət / DünyaDönüklər hakimiyyətə can atır Serj Sarkisyan Robert Koçaryanın yanına niyə getdi?
Siyasət / Dünya“Şərq Tərəfdaşlığı” sammiti: Paşinyan növbəti dəfə dilinin bəlasına düşdü - TƏHLİL
DünyaSiyasi ekspert: “Ermənistanda sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur”
Dünya