Siyasət / Dünya
25 iyul 2020
58

ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıyıb

ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıyıb

Milliinfo.az

ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıyıb



Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıyıb.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib.

ABŞ Konqresinin bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticələrin əldə edilməsinə yardımçı ola bilərmi?

Ens.az xəbər verir ki,mövzunu deputat Nəsib Məhəməliyev ilə davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, Tovuz istiqamətdə gedən döyüşlər Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut etdi:


ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal faktını tanıyıb


“Bizim üçün önəmli olan Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad edilməsidir, Ermənistana heç vaxt ərazi iddialarımız olmayıb. Baxmayaraq ki, indiki Ermənistan keçmiş İrəvan xanlığın üzərində qurulub. Biz əvvələ nəzər salsaq görərik ki, Avropa Parlamentinin Cənub Qafqaz üzrə məruzəçiləri ilk dəfə bəyanatla çıxış edərək işğal faktını təsdiq etdilər. ABŞ Konqresində müzakirə olunan məsələlərin bir çoxu ermənipərəst konqresmenlər tərəfindən hazırlanmışdı. Çox xoş haldır ki, konqres nəinki bu layihəni qəbul etmədi, eyni zamanda ermənilərin əleyhinə olaraq 296 saylı qanuna 2 düzəliş əlavə etdi. Bu baxımdan Azərbaycanın Dağlıq Qarabağ və işğal olunan digər regionların azad edilməsi üçün əlavə hüquqi bir əsas yaradır. Çünki qəbul olunmuş qərarda açıq şəkildə işğalçının adı çəkilir. Burada məsələ təkcə Azərbaycanla bağlı deyil. Ümumilikdə Azərbaycan Moldova, Gürcüstan və Ukrayna ilə bağlı 91-cı ildən bu günə kimi işğal olunmuş ərazilərin və məcburi köçkünlərin vəziyyəti ilə bağlı Dövlət Departamentinə, Müdafiə Komitəsinə tapşırıq verildi ki, Konqresə məlumat hazırlasınlar. 180 gün ərzində bu məlumatlar hazırlanmalıdır. Hesab edirəm ki, bu məlumatlar təqdim olunandan sonra Azərbaycan dövləti məcburi köçkünlərin öz torpaqlarına qayıtması və işğal olunmuş torpaqlarımızın geri qaytarılması məsələsini qaldıra biləcək. ABŞ Konqresində qəbul olunan qərar olduqca vacibdir. Bunun müsbət nəticələrini mütləq görəcəyik”.