Siyasət / Dünya
27 avqust 2020
31
Karantini pozaraq toplantıda iştirak edən avrokomissar istefa verdi
Milliinfo.az
Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan İrlandiyaya səfəri zamanı COVID-19-la bağlı tətbiq edilən qadağalara əməl etmədiyi üçün istefa ərizəsini yazıb.“Report” xəbər verir ki, bu barədə avrokomissarın yaydığı bəyanatda qeyd olunub.
“Bu axşam Avropa İttifaqının ticarət üzrə komissarı vəzifəsindən azad edilməyimlə bağlı istefa ərizəmi təqdim etdim. Dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, İrlandiyaya səfərim ömrümün çox hissəsinin məmur kimi təmsil olunmaqdan qürur duyduğum ölkədə narahatlığa səbəb oldu. Mən həmişə İrlandiyada COVID-19-a bağlı tətbiq edilən qaydalara riayət etməyə çalışmışam və xüsusəndə COVID-19 testim mənfi çıxdıqdan sonra bütün müvafiq tibbi qaydalara əməl etdiyimi anladım. Səfər zamanı buraxdığım səhvlərə görə İrlandiya xalqından səmimi qəlbdən üzr istəyirəm”, onun bəyanatında qeyd olunub.
Xatırladaq ki, Hoqan İrlandiyada təxminən 80 nəfərin qatıldığı toplantıda iştirak edib. “Reuters” xəbər verir ki, Avropa Komissarı hadisəyə görə üç dəfə üzr istəyib. Bununla belə, Hoqan İrlandiyaya gələn zaman ikihəftəlik karantin rejiminə əməl etməyib. Bu da, öz növbəsində, insanların narazlığına səbəb olub.
Daha çox xəbər:
ANLI STATİSTİKA "Sədərək" və "Binə", ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR — AÇIQLAMA
Gündəm / İqtisadiyyatDİN-dən əhaliyə XƏBƏRDARLIQ
Cəmiyyət / SosialMaska taxmamağa görə tətbiq edilən cərimənin miqdarı bir neçə dəfə artırılır? - AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycanda bütün sahələrdə fərdi ticarət obyektləri açılır
Gündəm / Cəmiyyət / SosialBu Avropa ölkəsi Azərbaycan vətəndaşlarının girişinə icazə verdi
Cəmiyyət / Dünya