Siyasət
24 sentyabr 2020
43
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
Milliinfo
“Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir, çünki regional təhlükəsizliyin təmin edilməsi bu gün əsas məsələlərdən biridir”.Bunu “Report”a Ukrayna Ali Radasının deputatı, GUAM Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Marian Zablotski deyib.
O, dünya ictimaiyyətini Ermənistanın bu yaxınlarda Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamağa çağırıb.
Deputatın sözlərinə görə, Ukrayna və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenliyin və ərazi bütövlüyünün bərpasında hər zaman bir-birlərini dəstəkləyirlər.
M.Zablotski qeyd edib ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) da dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edib:
“Məsələn, GUAM bu ilin mart ayında Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkiləri pisləyən sərt açıqlama verdi. Həmçinin hər il GUAM məkanında həlli uzanan münaqişələrə dair qətnamə layihəsi BMT Baş Assambleyasının sessiyasında müzakirəyə çıxarılır”, - o söyləyib.
Daha çox xəbər:
GUAM PA Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatları pisləyib
Siyasət / DünyaAvropa Parlamentinin deputatı: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini qəbul etmir
Siyasət / DünyaAzərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / SiyasətTacikistanın Xarici işlər nazirinin müavininə Ermənistanın son təxribatları haqqında məlumat verilib
SiyasətMübariz Qurbanlı: Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir
Siyasət