Siyasət / Dünya
21 noyabr 2020
27
Erməni deputatdan xəbərdarlıq: "Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır"
Milliinfo.az
“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar.“Report” xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan bildirib.
"Onlar (Ermənistan hakimiyyəti - red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, - müxalif siyasətçi deyib.
Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar", - o vurğulayıb.

Daha çox xəbər:

Yerevanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Gündəm / Dünya
Erməni siyasətçi: “Dünyanın heç yerində Paşinyanı ciddiyə almırlar”
Siyasət / Dünya
Prezident İlham Əliyev: "Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi"
Siyasət
Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakov ilə vida mərasimi keçirilir
Gündəm / Hadisə
Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi
Dünya