Siyasət
07 yanvar 2021
34
Prezident: "Açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza!"
Milliinfo.az
"Beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının "Doing Business" hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi".Sonxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.
Dövlət başçısı bildirib ki, Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bəzi ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi.
"Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir". Gedin, oxuyun, əgər oxuya bilirsinizsə.
Daha çox xəbər:
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
CəmiyyətAzərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək
İqtisadiyyat"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz" - İlham Əliyev
SiyasətAzərbaycan Prezidenti: “Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”
SiyasətPrezident İlham Əliyev: “Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”
Gündəm