Siyasət
09 avqust 2021
36
Azərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? - GƏLİŞMƏ
Saxta yanğın ittihamından sonra Naxçıvanın atəşə tutuldu. Ermənilər əlçatan bütün nöqtələrə hücum edirlər. Onlarla sülh şəraitində yaşamaq olacaqmı?
“İş orasındadır ki, biz qələbə çalandan sonra öz təkliflərimizi irəli sürmüşük və onlara sülh sazişi imzalamaq təklifi ilə çıxış eləmişik. Yəni ki, biz hətta demişdik ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları ola bilər. Hüquqlardan istifadə edə bilərlər. Biz onlara əl uzadaraq bir sıra məsələlərin həllində öz humanitar addımlarımızı atmağa hazır olmağımızı təklif etmişik” deyən poltoloq Fikrət Sadıxov əlavə etdi ki, dövlətlər arasında demarkasiya olunmuş sərhədlər olmalıdır.
Bizim.Media ilə dialoq zamanı politoloq sonda qeyd olunanı reallıq adlandırdı və bildirdi ki, Ermənilər bütün bu məsələlərdən boyun qaçırır:
“Niyə? Ona görə ki, bunların əsas sənəd və proqramlarında Azərbaycana qarşı iddialar indiyənə qədər aradan götürülməyib. Onlar indiyədək bizim bir sıra məntəqə, şəhər, ərazilərimizi Ermənistan torpaqları hesab edirlər. Bu iddialar aradan götürülməyənə qədər düşünmürəm ki, biz sülh şəraitində yaşaya, nəbilim əməkdaşlıq edə bilək, müxtəlif istiqamətlərdə münasibətlərimiz inkişaf etsin. Yəni, bizdən asılı olan addımlar atılıb, onların belə yanaşması isə ümidverici deyil. Bu mövzuda optimist yanaşmamız yersiz olar”, - deyə Fikrət Sadıxov münasibətini tamamladı.
Daha çox xəbər:
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
GündəmPrezident İlham Əliyev: "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir"
Siyasət"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz" - İlham Əliyev
SiyasətErmənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər.
GündəmErmənilər Qarabağda hərbi təlimlərə başlayıb
Gündəm