Siyasət
29 aprel 2022
6 510
Prezident: “İşğal müddətində Kəlbəcər, Laçın, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib”
“Biz 30 il müddətində işğala məruz qalmışıq, sizin gördükləriniz bunun ən yaxşı bariz nümunəsidir”.
Bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
İlham Əliyev deyib ki, Ermənistanın işğal müddətində həyata keçirdiyi kütləvi dağıntılar təkcə Birinci Qarabağ müharibəsinin deyil, eyni zamanda barbarlığın və vandallığın nəticəsidir.
“Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. İşğal müddətində Kəlbəcər, Laçın, Zəngilan, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib – Ermənistan hökumətinin sponsorluğu ilə. Biz sizə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər haqqında məlumat vermişik”, - deyə İlham Əliyev söyləyib.
Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.
Daha çox xəbər:
Fransalı professor: "Ermənistan Qarabağı erməniləşdirmək siyasəti aparır"
Siyasət / Dünya"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / SiyasətPrezident İlham Əliyev: “Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını istəyirəm”
Siyasətİlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu
Gündəm / Siyasət"Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq" - İlham Əliyev
Gündəm / Siyasət