Sosial
10 avqust 2021
31

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılara VACİB XƏBƏR

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılara VACİB XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə ƏƏSMN-dən bildirilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.