Şou / Gündəm
01 noyabr 2023
1

Ögey atam məni sevirdi - Nura Suri uşaqlarından nəyi gizlədir?


"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".

"Qapqara" verilişində müğənni Nura Suri deyib.

O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:

"Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur".

Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:

"Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib".(Baku TV)