Təhsil
23 dekabr 2023
0

Tələbələrin səsverməsi ilə bağlı nazirliklə birgə işləyərik - MSK sədri

Tələbələrin səsverməsi ilə bağlı nazirliklə birgə işləyərik - MSK sədri

Tələbələrin səs verməsi məsələsinə bu il xüsusi baxmaq lazımdır.

Bu barədə MSK sədri Məzahir Pənahov bugünkü iclasda bildirib.

"Bu dəfəki seçkidə tələbələr universitetlərdə olmayacaqlar. Bu məsələnin üzərində dayanmalıyıq. İmtahanlar bitən kimi valideynlərinin yanına, rayona gedənlər olur. Başqa yerə gedə bilərlər. . Onların hamısını qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harada olur-olsun səs versinlər. Elm və təhsil Nazirliyi ilə əlaqə saxlayıb siyahıları bizə təqdim etsinlər. İlkin işlər görülüb",-o deyib.