Gündəm / Hadisə
12 iyul 2024
9

İmtahanda yüksək bal yığmışdı... - Əməliyyatdan sonra öldü


Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Bu barədə Bizim Lənkəran səhifəsi məlumat yayıb.

Bildirilib ki, Sədaqət müəllim məktəbin savadlı müəllimlərindən biri olub:

"O, 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplamışdı".